Eyyub Yaqubov Bakıda konsert proqramı ilə çıxış edəcək. Bu haqda BakuPlus.az bu gün, 25 iyun tarixində xəbər verir.

20-21 iyul, saat 20:00-da “Yaşıl teatr”ın səhnəsində baş tutacaq musiqili geсədə digər qonaqlar da səhnə alacaq. Dövlət Televiziyasının solisti, eyni zamanda “Big band”-in bədii rəhbəri Fuad Musayev və müğənni Natavan Cəbizadənin canlı ifaları ilə qonaqların zövqünü oxşayacaqlar.

Biletləri şəhərin kassalarından, eləcə də onlayn əldə edə bilərsiniz. Qiymət 20-100 manat arasında dəyişir.

Eyyub Yaqubov gecədə “Big band sound pro”-nun müşayiəti ilə tamaşaçıların qarşısına çıxacaq.