Məşhur “Minyonlar” Bakıya gəlir. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az kinoteatrlara istinadən xəbər verir.

30 iyun tarixindən etibarən ParkCinema və CinemaPlus kinoteatrlarında “Minyonlar: Qrüvitasiya” adlı animasiya nümayiş olunacaq. Filmə rus, Azərbaycan və ya ingilis dilində baxmaq mümkün olacaq.

Jan-Klod Van Damm və Denni Treho kimi məşhur aktyorların iştirak etdiyi layihəyə Keyl Balda, Bred Ebleson və Conata Del Val rejissorluq ediblər.

Bir milyon ildir ki, “Minyonlar” onunla görüşənə qədər ən böyük və ən dəhşətli lideri axtarırlar. Qrü ilə tanış olun. O, hələ çox gənc olsa da, planlarında planeti titrədəcək həqiqətən pis şeylər var.