Bakı Nəqliyyat Agentliyi 25 milyon manatlıq 3 tenderə yekun vurub. Bu haqda 30 iyun tarixində Report məlumat verib.

Adıçəkilən qurum tərəfindən yolların xətlənməsi, “Zığ Avtoparkı” MMC-yə məxsus avtobus qarajının tikintisi ilə bağlı elan edilən 3 açıq tenderə yekun vurulub.

Qaliblər:

  • “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə 1,558 milyon manat;
  • “Yol Xətt” MMC-yə 18,085 milyon manat;
  • “Minera” MMC-yə 5,677 milyon manat ödəniləcək.