Bakıda tibbi maska istehsalı, demək olar ki, dayandırılıb. Bu haqda 30 iyun tarixində Modern.az xəbər verib.

Bakı Tekstil Fabrikindən bildirilib ki, Azərbaycanda tibbi maskaya tələbat kəskin azalıb.

“Digər məhsulların istehsalına keçmək üçün layihə hazırlayırıq. Ümumilikdə isə maska istehsalını, demək olar ki, dayandırmışıq. Hazırda iki avadanlıqda istehsal qalır. İşçilərimizi başqa sahələrə transfer etmişik, işdən çıxarmamaq üçün onlara yeni sahələri öyrətmişik”, – fabrikin rəhbəri Səkinə Babayeva deyib.