Bakıda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev çıxış edib. Bu haqda BakuPlus.az bu gün, 30 iyun tarixində xəbər verir.
İlham Əliyev ilk növbədə konfrans iştirakçılarını və qonaqları salamlayıb.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında o, dünyada baş verən müharibələr, böhranlar və digər qlobal problemlərə toxunub.
“Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdik”, – prezident İlham Əliyev qeyd edib.
Dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin iştirak etdiyi konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, “Bakı Bəyannaməsi” qəbul olunacaq, qurumun sədri və sədr müavinləri seçiləcək.