1 iyul – Ümumdünya Bakılılar Günüdür. Bu, hələ rəsmi bayram deyil və ilk dəfə bir neçə il əvvəl dünyanın müxtəlif ölkələrindəki Azərbaycan diasporları tərəfindən qeyd olunmağa başlanıb. Bu gün dünyanın bütün bakılıları sosial şəbəkələrdə, forumlarda bir-birini təbrik edir, görüşdə xoş sözlər deyir, cansağlığı və firavanlıq arzulayır.

Bakı dünyanın ən çoxmillətli şəhərlərindən biridir. Belə ki, burada yetmişdən artıq millətin nümayəndələri bir yerdə, mehribancasına yaşayıb və yaşayırlar. Azərbaycan fərqli ləhcələrə malik ölkə kimi tanınır, lakin Bakı ləhcəsi təkcə azərbaycanlılar üçün deyil, həm də Bakıda doğulan başqa millətlərin nümayəndələri üçün doğmadır.

Bakıda və Bakıdan qırağda yaşayan bütün bakılıları təbrik edirik! Bakılı dostlarınızı işarələyib, təbriklərə qoşula bilərsiniz.