Xalq artisti Kazım Abdullayev erotik videolarla şantaj edilir. Bu haqda 1 iyul tarixində aktyor Facebook hesabında məlumat verib.

O bildirib ki, son vaxtlar Melisa adlı qız onu şantaj edir:

“Son vaxtlar məni erotik videolarla şantaj edirlər! Məndən pul tələb edirlər! Bu nə mənim yaşıma, nə də statusuma yaraşmayan bir işdir! Hamınız məni gözəl tanıyırsız! Mənim bu ağır vaxtımda, mənim qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər! Kimin mənə qarşı təxribatı olduğunu bilmirəm! Əgər pul verməsəm, dostlara videonu göndərəcəkləri ilə şantaj edirlər! Gələn təhdid mesajlarını sizinlə bölüşürəm. Ona görə də mən sosial şəbəkə hesablarımı və Whatsapp-ı bağlayıram. Hüquq-mühafizə orqanlarından da xahiş edirəm bu işdə mənə yardım etsinlər!”

69 yaşlı Kazım Abdullayev 2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının aktyorudur.

Xalq artisti Kazım Abdullayev Türkiyə vətəndaşı tərəfindən erotik videolarla şantaj edilir

Foto Kazım Abdullayevin Facebook səhifəsi
Foto Kazım Abdullayevin Facebook səhifəsi
Foto Kazım Abdullayevin Facebook səhifəsi
Foto Kazım Abdullayevin Facebook səhifəsi
Foto Kazım Abdullayevin Facebook səhifəsi Foto Kazım Abdullayevin Facebook səhifəsi Foto Kazım Abdullayevin Facebook səhifəsi Foto Kazım Abdullayevin Facebook səhifəsi