Paytaxtın Yasamal rayonu, Akim Abbasov küçəsində 5 ildir yarımçıq qalan tikili narkomanların yuvasına çevrilib. Bu haqda bu gün, 1 iyul tarixində Baukplus.az ATV-yə istinadən xəbər verir.

Sakinlər beşmərtəbəli yaşayış binalarının ortasında inşasına başlanan tikilinin antisanitar vəziyyətindən, eləcə də burada məskunlaşan narkomanlardan narahatdırlar.

“2017-ci ildən təhsil ocağı tikiləcək deyib ərazini hasarlayıblar, ancaq tikinti yarımçıq qalıb. Buradan keçən 4 binanın ümumi kanalizasiya xətti də tikinti zamanı zədələnib, çirkab su əraziyə axır. Neçə dəfə gəlib xüsusi avtomobillə suyu çəkiblər. Ərazi dizə qədər zibildir”.

Araşdırma zamanı məlum olub ki, ərazi yaxınlıqda yerləşən özəl məktəblərdən birinə aiddir. Ancaq sənədləşmə işi ilə bağlı problem səbəbindən inşaat dayandırılıb. Növbəti ildən tikinti bərpa olunacaq.