İyun ayında Kliniki Tibbi Mərkəzə 844 nəfər zəhərlənmə ilə bağlı müraciət edib. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az tibb müəssisəsinə istinadən məlumat verir.

Mərkəzdən verilən məlumata görə, onlardan 170 nəfəri toksikologiya şöbəsinə yerləşdirilib, qalanları isə təcili tibbi yardım göstərilərək evə buraxılıb.

Məlumata görə, 89 nəfər dərmandan, 29 nəfər sirkə turşusundan, 8 nəfər dəm qazından, 1 nəfər göbələkdən, 5 nəfər etil spirtindən, 6 nəfər kimyəvi məhluldan zəhərləniblər. 21 zərərçəkəni ilan, 1 nəfəri isə həşərat sancıb.

Zəhərlənənlərin 69-u qadın, 92-si kişi, 9-u uşaqdır. Həkimlərin səyinə baxmayaraq, 9 nəfər (5 kişi, 4 qadın) dünyasını dəyişib.