Bakıda daha bir ünvanda yanğın başlayıb. Bu haqda BakuPlus.az bu gün, 2 iyul tarixində xəbər verir.

Hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində qeydə alınıb.

Abbasqulu Abbaszadə küçəsində məişət tullantıları üçün nəzərdə tutulan qablardan başlayan yanğın daha sonra boş əraziyə keçib.

Yanğının baş verdiyi ərazi yola və yaşayış evlərinə yaxındır.

Hazırda ünvana FHN əməkdaşları çağrılıb.

Xəbər yenilənəcək.

Yenilənib: 16:22

Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib.

Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.