Paytaxtın Xəzər rayonunda bir nəfər dənizdə boğulub. Bu haqda bu gün, 2 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
24 yaşlı Rafiq İsrafilov nəzarətsiz ərazidə çimən zaman dənizdə batıb.
FHN-in əməkdaşları həmin şəxsin meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.