Ata olmağa hazırlaşan şəxslər və gənc atalar üçün Bakıda ödənişsiz “Atalar Məktəbi – Məsuliyyətli Atalığın Transformasiyası” layihəsi keçiriləcək. Bu haqda 2 iyul tarixində GENDER HUB Azerbaijan məlumat verib.

Layihə 21-36 yaş arası gənc atalar, ata olmağa hazırlaşan və məsuliyyətli atalıq konsepsiyasını öyrənməyə motivasiyalı olan şəxslər üçün nəzərdə tutulub. “Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” adlı 2 aylıq proqram çərçivəsində bir neçə mövzulara toxunulacaq:

  • Ailə planlamasının sağlam cəmiyyətin formalaşmasında rolu;
  • Sağlam ailə modeli və dəyərləri;
  • Həyat yoldaşı və ya partnyor ilə uşaq qayğısında və inkişafında məsuliyyətlərin bölgüsü;
  • Ataların icmalaşmasının əhəmiyyəti.

Proqramın əsas məqsədi ata olmağa hazırlaşan şəxsləri və gənc ataları uşağın inkişafı prosesində fəal iştiraka cəlb etməkdir. İştirak etmək üçün linkə daxil olub qeydiyyatdan keçmək və ya 077 306 75 50 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.