Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 2 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Binəqədi RPİ-nin 40-cı polis bölməsinə Salyan rayon sakini N.Paşayevin 80 manat pulu, mobil telefonu, qol saatı və qulaqcığının oğurlaması barədə ərizə daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Kələntərov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.