Xəzər rayonunda qadın ona işgəncə verən ərindən polisə şikayət edib. Bu haqda 2 iyul tarixində Qafqazinfo məlumat verib.

Binə qəsəbə sakini 19 yaşlı N.Əzizova polisə müraciət edərək bildirib ki, onun bir neçə ay əvvəl ailə qurduğu həyat yoldaşı 30 yaşlı R.Əzizov onu mütəmadi döyür. Əzizova həmçinin qeyd edib ki, həyat yoldaşı ona əsaslı səbəb olmadan daim xəsarətlər yetirir.

Faktla bağlı Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində araşdırma aparılır.