Nərimanov rayonunda məktəblilər arasında üzgüçülük üzrə turnir keçiriləcək. Bu haqda 2 iyul tarixində Bakuplus.az məlumat verir.

Bakı Modern Təhsil Kompleksində 4 iyul saat 10:00-da məktəblilər arasında üzgüçülük üzrə “Su çempionları” adlı turnir təşkil olunacaq.

Turnir Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Bakı Modern Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə keçirilir.