04.07. – 10.07.22

QOÇ (21 mart – 19 aprel)

Bu həftə şəxsi həyatınızla bağlı xoşagəlməz söz-söhbətlər və dedi-qodular eşidəcəksiniz. Lakin heç vecinizə də almayın, çünki bunu edənlər sizin paxıllığınızı çəkir. Ümumiyyətlə, çalışın şəxsi həyatınızla bağlı xəbərləri yalnız yaxınlarınızla və həqiqətən etibar etdiyiniz insanlarla bölüşün. Qeybətə ən yaxşı cavab müzakirə deyil, məhəl qoymamaqdır. Buna görə də səbirli olun və yeni münaqişələrə səbəb olmayın. Bu həftə həm iş, həm də istirahətlə bağlı uzaq məsafələrə səfərlər üçün çox əlverişlidir. İşgüzar səfərlər maliyyə vəziyyətiniz üçün yaxşı nəticə verəcək, istirahət isə tamamilə yenidən işə başlamağa və yeni güc qazanmağa imkan yaradacaq. Amma maliyyə məsələsində xüsusilə diqqətli olmaq lazımdır – aldadılma ehtimalı yüksəkdir. Uğurlu gününüz 10 iyul, uğursuz günləriniz isə 6, 7 iyuldur.

 

BUĞA (20 aprel – 20 may)

Bu həftə maliyyə baxımından çox əlverişlidir. Həftənin əvvəlində sizi pul axını gözləyir. Ancaq dərhal alış-verişə qaçmamalısınız – keyfiyyətsiz malların alınması riski var. Buna görə də alış-verişi həftənin sonunda edin. Əgər çoxdandır bəyəndiyiniz biri varsa, onu əldən buraxmayın, yoxsa sevgi qatarı geder və bir də qayıtmaz. Hamı ilə çox səmimisiz, bundan isə çox insan istifadə edə bilər – şəxsi həyatınızda baş verənləri heç kimə danışmayın. Sizi iş yerində xoş xəbərlər gözləyir – maaşınız arta və ya karyera yüksəlişi ola bilər. Yol-nəqliyyat hadisələrinin başvermə ehtimalı yüksək olduğundan sürücülər, xüsusilə gecə saatlarında, mümkün qədər diqqətli olmalıdırlar. Uğurlu günləriniz 4, 5 iyul, uğursuz günləriniz isə 8, 9 iyuldur.

 

ƏKİZLƏR (21 may – 21 iyun)

Bu həftə rəhbərliyin gözündə özünüzü perspektivli və iddialı bir işçi kimi göstərəcəksiniz. Hamı sizə baxıb valeh olacaq, amma bəzilərinin paxıllıqdan ürəyi partlayacaq – üzünüzə gülüb, arxanızca dedi-qodu edəcəklər. Ulduzlar deyir ki, siz gələcəkdə milyonçu olacaqsınız – amma evdə oturub heçnə etmədən buna nail olmaq mümkün deyil. Sizin kimi ağıllı, kreativ bir insan nəinki milyonçu, hətta milyarder ola bilər! Sadəcə ağlınızı maksimum işlədin, düzgün yerə pul yatırın. Son vaxtlar sevgidə bəxtiniz gətirmir, amma günah sizdədir – bəlkə sizi sevən yanızdadır, ətrafa baxın, onu görün. Uğurlu günləriniz 6, 7 iyul, uğursuz günləriniz isə 4, 5 iyuldur.

 

XƏRÇƏNG (22 iyun – 22 iyul)

Bu həftə pulunuz çox olacaq, lakin xərcləməyə yeriniz də az olmayacaq. Amma, necə deyərlər, 5 günlük dünyadır – xərcləyin, kef edin, axı siz buna layiqsiniz. Siz çox çalışqan birisiz və buna görə də əziyyətinizin bəhrəsini tezliklə görəcəksiz. Cazibədər olduğunuzdan, çoxlarının diqqətini cəlb edirsiniz – sizinlə hamı tanış olmaq istəsə belə, həyatınıza ən layiqli olan şəxsi buraxın. İşsiz olanların bu həftə bəxti açılacaq – gözəl təklif gələcək. Sizi yüksək maaş və rahat iş gözləyir. Bu ərəfələrdə sağlamlığınıza fikir verin, günvurma almaq riski var. Uğurlu günləriniz 4, 5, 8, 9 iyul, uğursuz günləriniz isə 6, 7 iyuldur.

 

ŞİR (23 iyul – 22 avqust)

“Bir inci saflığı varsa da suda, artıq içiləndə derd verir su da” – çox işləmək gözəldir, amma həddindən artıq gərginlik və stres immunitetinizi çökdürə bilər. Buna baxmayaraq, bu həftə ulduzların sevimlisi sizsiz – bəxtiniz açılacaq, hamı sizdən danışacaq. Pullarınız elə çox olacaq ki, sayıb qurtara bilməyəcəksiniz. Qalmaqalın düz mərkəzində ola bilərsiniz, bu şəraiti isə paxıllar yaradacaq. Amma siz onlardan üstünsünüz, sadəcə gülümsəyin və həyatınıza davam edin. Sevgili axtarışına çıxan Şirlər, tay axtarmayın, çünki ulduzlar sizə ən layiq olanını artıq seçib, bu yaxınlarda onu qarşınıza çıxaracaq. Uğurlu günləriniz 6, 7, 10 iyul, uğursuz günləriniz isə 8, 9 iyuldur.

 

QIZ (23 avqust – 22 sentyabr)

Bu həftə başınıza çoxlu gözlənilməz hadisələr gələcək. Dostunuzdan və ya sevgilinizdən sürpriz gözləyin – bu, hətta evlilik təklifi ola bilər. Ümumiyyətlə, bu ərəfələrdə bütün sürprizlərə açıq olmalısınız – bu hadisələrdən bəziləri həyatınızı 180 dərəcə dəyişdirə bilər. Sözlərinizdə diqqətli olun, çünki sərt ifadələriniz sevdiyiniz insanı incidə bilər – bu isə münasibətinizi korlayacaq. Maliyyə baxımından da dəyişikliklər gözlənilir – bu maaş artımı və ya daha çox gəlir gətirəcək yeni vəzifə ola bilər. Uğurlu günləriniz 4, 5, 8, 9 iyul, uğursuz gününüz isə 10 iyuldur.

 

TƏRƏZİ (23 sentyabr – 23 oktyabr)

Bu həftə sağlamlığınıza daha çox diqqət yetirməlisiniz. Ümumiyyətlə, bu həftə yalnız istirahət edin, bol güc yığın, çünki gələcəkdə sizi möhtəşəm günlər gözləyir. Həftəsonu həyatınıza bir insan daxil olacaq və onunla şərik olub biznes quracaqsınız, çoxlu pul qazanacaqsınız. Bəzən çox soyuq olursuz, nəticədə insanlar sizdən uzaqlaşır – sizi sevən, dəyər verən insanlara daha çox vaxt ayırın. Bu həftə intuisiyanıza maksimum güvənməlisiniz – bunun sizin üçün xeyri olacaq. Səyahət etmək üçün əsl vaxtdır – yeni macəralara qucaq açın, həyatınıza yeniliklər əlavə edin. Uğurlu günləriniz 6, 7, 10 iyuldur, uğursuz gününüz gözlənilmir.

 

ƏQRƏB (24 oktyabr – 21 noyabr)

Bu həftə şəxsi həyatınızda dəyişikliklər olacaq. Sizə elə gələcək ki, ikinci yarınız sizə qarşı soyuyub və ya sizi sevmir. Ancaq əksinə, hissləriniz sizi aldadacaq və həftənin sonunda sevgiliniz tərəfindən gözlənilməz sürprizlər olacaq. İş yerinizdə əməkdaşlarınızla kiçik münaqişələr baş verə bilər – səbirli olun və onlara məhəl qoymayın. Həftənin ikinci yarısında kredit və ya borc götürməyin, həmçinin borc verməyin – ziyana gedə bilərsiz. Həftənin ortalarında cibiniz pulla dolacaq – ola bilsin ki, işdə bonus alacaqsınız və ya çoxdandır sizə borcu olan biri pulunuzu qaytaracaq. Uğurlu günləriniz 4, 5, 8, 9 iyul, uğursuz gününüz gözlənilmir.

 

OXATAN (22 noyabr – 21 dekabr)

Bu həftə eviniz qonaqlarla dolacaq – bu xeyir işlə əlaqəli ola bilər, və ya siz birdən varlanacaqsınız və çoxdandır sizi axtarmayan qohumlar başınıza doluşacaq. Ümumiyyətlə, bu ərəfələr çox bərəkətli olacaq – iş axtaranlar arzularına çatacaq, işi olanlar isə karyerada bir addım da yüksələcəklər. Eşq macəralarına hazır olmalısınız, xüsusilə həftənin əvvəlində başınızı itirmək riski var. Niyə də yox? Sevib və sevilmək gözəl hissdir. Həftəiçi qaçaqaç olacaq, lakin bəhrəsini gələcəkdə görəcəksiniz. Uğurlu günləriniz 4, 5, 8, 9 iyul, uğursuz gününüz isə 6 iyuldur.

 

OĞLAQ (22 dekabr – 19 yanvar)

Bu həftə hər hansı daşınmaz əmlak müqavilələrinin imzalanması üçün çox əlverişlidir. Yaxın bildiyiniz əks cins nümayəndəsi olan bir dostla münasibətinizin daha ciddi bir şeyə çevrilə bilər. Dostluq münasibətlərinə yox deyib sevgi yaşamağa hazırsınız? Qərar verməlisiniz. İtirəcəyiniz heç nə yoxdur və verdiyiniz hər bir qərar gələcəyinizə müsbət təsir edəcək. Həftənin əvvəlində sizi pul axını gözləyir. Ondan maksimum istifadə edin! Həftəsonunu dostlarınızla keçirin – son bir neçə ay sizin üçün çox stresli olub – yaxşı istirahətə layiqsiniz. Uğurlu günləriniz 4, 8, 9 iyul, uğursuz günləriniz isə 6, 7 iyuldur.

 

DOLÇA (20 yanvar – 18 fevral)

Bu həftə maaşınızın çox bir hissəsini əyləncələrə xərcləyəcəksiniz – narahat olmağa dəyməz, o pullar ikiqat geri qaydacaq. Tənha Dolçalar sevgi seçimində diqqətli olmalıdırlar – ciddi münasibətlərə başlamazdan əvvəl o insanı yoxlayın, bəlkə mələk maskasının altında şeytan gizlənir. Günəş sizi sevir, ona görə bu ərəfələrdə çimərliyə çox gedin – bol D vitamini qəbul edin. Həftəsonunu daha çox ailənizə həsr edin – onları hədiyyələrlə və sürprizlərlə sevindirin. Uğurlu günləriniz 6, 7, 10 iyul, uğursuz günləriniz isə 8, 9 iyuldur.

 

BALIQLAR (19 fevral – 20 mart)

Bu həftə maraqlı və sürprizlərlə dolu günlər gözlənilir. Ən böyük sürpriz isə sevgi cəbhəsində baş verəcək – sizi xoşbəxt edəcək biri gözlənilmədən həyatınıza daxil olacaq və sizə ömürlük yoldaş olacaq. Həftəsonu dostlarla və ya sevgilinizlə əylənin, gözəl anlar yaşayın – heç nəyi vecinizə almayın, bütün problemlərdən uzaq olun. İş yoldaşlarınızla münasibətiniz korlana bilər, bu isə sırf paxıllıqdan irəli gəlir – evinizə gedəndə mütləq üzərlik yandırın və 3 dəfə “Gözü götürməyənin gözü çıxsın” deyin. Həyatınızda bəzi problemlər ola bilər, amma unutmayın ki, hər qara günün ardınca mütləq ağ gün gəlir. Uğurlu gününüz 8 iyul, uğursuz gününüz isə 4 iyuldur.