Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Samir Cəfərovun işi üzrə məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb. Bu haqda BakuPlus.az Bizim.Media-ya istinadən bu gün, 4 iyul tarixində xəbər verir.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O bildirib ki, hadisə baş verən an S.Cəfərov anlaqsız vəziyyətdə olub və buna görə də o, ekspertizaya göndərilməlidir.

Bu səbəbdən proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Nəsimi rayonunda baş verib.