Binəqədi rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozda yanğın olub. Bu haqda 4 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Teplovozun kabinəsində oturacaq və taxta üzlük 1 kv.m sahədə yanıb. Hadisə yerinə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub.

Teplovozun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.