Bakı metrosunda qatarların hərəkət qrafikində dəyişikliklər edilir. Bu haqda BakuPlus.az Bakı Metropoliteninin Mətbuat Xiddmətinə istinadən bu gün, 4 iyul tarixində xəbər verir.
Buna səbəb tədris mövsümünün başa çatması, eləcə də yay istirahəti dövrünün başlanması ilə Bakı metropolitenində sərnişin axınının azalmasıdır.
Yeni qrafikə görə, sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə təşkil edəcək. Sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət qrafiki tərtib edilib.
Xətlərin “28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval iki dəfə artıq – əsas hərəkət axını saatlarında 5, digər vaxtlarda 6 dəqiqə və daha çox olacaq.
Şənbə və bazar, eləcə də bayram günləri üçün Bakı metropolitenində qatarlar arasında interval saat 07:00-dan saat 21:00-a qədər 3 dəqiqə təşkil edəcək.
Dəyişilik bənövşəyi xəttdə və “Xətai – Cəfər Cabbarlı” mənzilində tətbiq olunmayıb.
Yay qrafikinin yeni tədris ilinin başlnmasına kimi qüvvədə qalması gözlənilir.