Bakıda kulinar-şou təşkil olunacaq. Bu haqda BakuPlus.az bu gün, 4 iyul tarixində xəbər verir.

7 iyul saat 19:00-da “Şərq Bazarı”nda kulinar-şou keçiriləcək.

Məşhur aşpaz və peşəkar qastroturist Fərhad Aşurbəylinin təqdimatında “Şef masası” formatında olan və ləzzətli italyan mətbəxinə həsr edilən kulinar şousunda yeməklərin hazırlanmasını həm canlı izləmək, həm də dequstasiya etmək şansınız olacaq.