Bakıda piyadanın üzərindən 2 avtomobil keçib. Bu haqda 4 iyul tarixində APA məlumat verib.

Cəfər Cabbarlı küçəsində 30 yaşlı Elçin İsmayılov piyada zolağından istifadə edərək yolun əks tərəfinə keçərkən onu “Toyota” markalı avtomobil vurub. Daha sonra yerə yıxılan İsmayılovun üzərindən digər avtomobil keçib. Piyada onurğa beyninin sümüyünün, ayaq və qol nahiyələrinin sınıqları diaqnozu ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilir ki, onun vəziyyəti ağırdır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.