Bakıda intihar hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 5 iyul tarixində xəbər verir.

Xətai rayonu, Yusif Səfərov küçəsində yaşayan 29 yaşlı N.Həsənova çoxsaylı dərman həbləri qəbul edərək özünü mənzildə zəhərləyib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Həsənova, tibbi müdaxiləyə baxmayaraq, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.