Paytaxt ərazisində narkotik alverinə qarşı aparılan əməliyyatlar davam edir. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplusa.az Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən xəbər verir.

Keçirilən tədbirlər zamanı Binəqədi rayonu ərazisində ümumilikdə 20 nəfər tutulub. Onların üzərində külli miqdarda narkotik maddə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. Narkotik dövriyyəsinə qarşı mübarizə davam edir.

Foto DİN-in rəsmi Youtube kanalı
Foto DİN-in rəsmi Youtube kanalı