Azərbaycan şahmatçısı, qadınlar komandasının lideri Günay Məmmədzadə Bıdqoşda (Polşa) keçirilən turnirdə birinci yerə layiq görülüb. Bu haqda 4 iyul tarixində Azerisport.com məlumat verib.
Şahmatçımız 8-ci turda polşalı idmançı Alina Kaşlinskaya ilə, son turda isə ukraynalı Mariya Muzıçukla heç-heçə oynayıb.
Nəticədə Məmmədzadə 6 xal toplayaraq keçmiş dünya çempionu, bolqarıstanlı Antuanetta Stefanova və Kaşlinskayanı yarım xal qabaqlayaraq turnirin qalibi olub.