Bakı metropoliteninin “Gənclik” stansiyasında qatarın vaqonunda sərnişinlərdən birinin elektron cihazı alışıb. Bu haqda bu gün, 5 iyul tarixində Report məlumat verib.

Sərnişinlər dərhal qatardan çıxarılıb. Maşinistlə polis əməkdaşları vaqona baxış keçiriblər və heç bir problem aşkar edilməyib. Bakı Metropoliteninin mətbuat xidmətindən verilən açıqlamada tüstünün yüngül olduğu və dərhal söndürüldüyü vurğulanır.

Sərnişinlər eyni qatara qaytarılıb – nəticədə üç dəqiqəlik gecikmə yaranıb.