Paytaxtın mərkəzində ilan görüntülənib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.

Sürünən “Torqovaya”da, Nizami Gəncəvinin heykəli yaxınlığında peyda olub. İlanı görən insanlar arasında qorxu yaşanıb.

Zəhərli və qeyri-zəhərli ilanları ayırd etmək, özünüzü və ailənizi ilanların təhlükəli təsirindən qorumaq üçün bir neçə qayda ilə tanış olun.