“Location” gecə klubu barəsində cinayət işi məhkəməyə göndərilib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Hakim Faiq Qəniyevin icraatına verilən işdə 52 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.
3 aprel tarixində “Location” gecə klubunda partlayış baş vermişdir. Nəticədə 4 nəfər dünyasını dəyişib, 34 nəfər xəsarət alıb. 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.
Yenilənib: 17:48
“Location” gecə klubu barəsində baş tutacaq məhkəmənin vaxtı bəlli olub. İclas 18 iyul tarixində keçiriləcək.