Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ənənəvi mükafatlandırma mərasimi olub. Bu haqda BakuPlus.az Dövlət Akademik Musiqili Teatrına istinadən bu gün, 5 iyul tarixində xəbər verir.
Tədbiri giriş sözü ilə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev açıb.
Xalq artisti Pərviz Məmmədrzayev “Mövsümün sevilən aktyoru”, Əməkdar artist Şövqi Hüseynov isə “Teatrın tarixində ilk monotamaşa” (“Utancaq qız” tamaşasına görə) nominasiyaları üzrə mükafatlandırılıblar.
Əməkdar artistlər Fərid Əliyev teatrın rus truppası üzrə “Mövsümün aktyoru”, Nərgiz Kərimova isə “Mövsümün aktrisası” seçiliblər.
Ülviyyə Əliyeva “Mövsümün sevilən aktrisası”, Zaur Əliyev “Mövsümün perspektivli aktyoru”, Nigar Qarayeva “Mövsümün perspektivli aktrisası”, Fərid Rzayev “Mövsümün ən məhsuldar aktyoru”, Mehriban Zaliyeva “Mövsümün ən məhsuldar aktrisası”, Səmədzadə Xasiyev “Mövsümün aktyoru”, Elnarə Nağdəliyeva “Mövsümün aktrisası, Məhəmməd Abdullayev “Mövsümün ən yaxşı balet artisti”, Mehriban Rəcəbova “Mövsümün ən yaxşı xor artisti”, Fərrux Günəşov “Mövsümün ən yaxşı musiqiçisi”, Məhəmməd Məhəmmədov “Mövsümün ən yaxşı texniki işçisi”, Əliməmməd Novruzov “Mövsüm ərzində kişi rolunun ən yaxşı ifasına görə”, Gülnarə Abdullayeva “Mövsüm ərzində qadın rolunun uğurlu ifasına görə”, Qabil Gözəlov “Mövsümün ən işgüzar əməkdaşı”, Nicat Əli “Mövsümün ən cəsarətli kişi roluna görə”, Gültac Əlili “Mövsümün ən cəsarətli qadın obrazının ifasına görə”, Adelya Osmanova “Mövsüm ərzində uşaq rolunun ən yaxşı ifasına görə”, Tural Bədəlov “Mövsüm ərzində teatrın dostu” nominasiyalarında mükafatlara layiq görülüblər.
“Mövsümün ən yaxşı tamaşası” kimi “Lara Martin’s Jazz Club” caz tamaşası qeyd edilib və quruluşçu rejissoru İradə Gözəlova mükafatlandırılıb.
Həmçinin Əməkdar artist Nahidə Orucovaya və teatrın quruluşçu rejissoru Samir Qulamova Azərbaycan Respublikasının Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına “Büllur alma” mükafatı da təqdim olunub.
