Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 5 iyul tarixində xəbər verir.

Ötən gün Nərimanov rayonu ərazisində paytaxt sakini E.Qurbanlı idarə etdiyi “Toyota” markalı avtomobillə velosiped sürən paytaxt sakini Ramiz Əlihəsənovu vurub.

Xəstəxanaya yerləşdirilən R.Əlihəsənov orada ölüb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.