Nəsimi rayonunda daha bir yaşayış binası təmir olunur. Bu haqda 5 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Nəsimi rayonunda “Abad həyət” layihəsi çərçivəsində Mirəli Qaşqay küçəsində yerləşən 24 saylı ümumi yaşayış binanın fasadında bərpa və rəngləmə işləri aparılır, dam örtükləri təmir olunur, istismar müddəti başa çatmış beton eyvan konstruksiyaları sökülərək yenidən bərpa olunur, yağış sularını axıdan boru və navalçalar dəyişdirilir.

Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı