Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 29 iyun tarixində evin yanması nəticəsində xəsarət alan digər ailə üzvü, 70 yaşlı Qafar Abbasov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu haqda bu gün, 5 iyul tarixində Lent.az məlumat yayıb.

Daha öncə məlum olmuşdur ki, fərdi evlərin birində baş verən yanğın nəticəsində əkiz körpələr ölmüş, 5 ailə üzvü xəsarət almışdır.

Ailənin digər üzvləri hazırda xəstəxanada müalicə alır.