Bakıda evi qarət edən şəxs saxlanılıb. Bu haqda 5 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Yasamal rayonunda evlərin birindən 4000 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini B.Səmədov saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.