Bakının Yeni Günəşli massivini Babək prospekti ilə birləşdirən 4 zolaqlı yolun 1 zolağının zəbt olunması barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 5 iyul tarixində Oxu.az məlumat verib.

Bildirilib ki, ərazidəki 600 metrlik yolun bir zolağı 2021-ci ilin mart ayından bağlanıb və nəticədə ərazidə müntəzəm nəqliyyat sıxlığı müşahidə olunur.

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, ərazidə torpaq sürüşməsinin qarşısını almaq məqsədilə AAYDA tərəfindən istinad divarı inşa edilir.

“Həmin yerdə betonlama işlərinə görə müəyyən daralma var, konstruksiyalar götürüləndən sonra tərəfimizdən küçənin də əsaslı təmiri, eləcə də yeni piyada səkilərinin inşası nəzərdə tutulur. Dörd hərəkət zolaqlı yol müasir görkəmdə istifadəyə veriləcək”, – deyə Nəcəfli bildirib.

Foto Oxu.az saytı
Foto Oxu.az saytı