Bakıda “Prius”-un aşması anbaan kamerala yansıyıb. Bu haqda BakuPlus.az Avtosfer.az-a istinadən bu gün, 6 iyul tarixində xəbər verir.

Köməkçi yoldan əsas yola çıxan minik avtomobili diqqətsizlik edərək hərəkətdə olan “Toyota Prius”la toqquşub. Nəticədə “Prius” bir neçə dəfə aşıb.

Bəxti gətirən sürücü qəzadan xəsarətsiz ötüşüb, lakin avtomobilə ciddi maddi ziyan dəyib.

Avtomobildəki qeydiyyat kamerası hadisəni anbaan görüntüləyib.