Bakıda bıçaqlanma hadisəsi ölümlə nəticələnib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 6 iyul tarixində xəbər verir.

İyulun 3-ü saat 18:00 radələrində Suraxanı rayonu, Zığ qəsəbəsində 37 yaşlı Aynurə Əliyarova yaşadığı evdə tanışı olan 44 yaşlı Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində bıçaqlanıb.

Çoxsaylı bıçaq xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, o, iyulun 5-də xəstəxanada dünyasını dəyişib.

Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.