Bakının müxtəlif rayonlarında piyadaların xəsarətləri ilə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 6 iyul tarixində Report məlumat verib.

Sabunçu rayonunda 65 yaşlı Gülxar Quliyeva yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Oxşar hadisə həmin rayonda baş verib. 67 yaşlı Tunzalə Mustafayevanı avtomobil vurub. Nəticədə o, müştərək və açıq-kəllə beyin travması diaqnozları ilə xəstəxanaya çatdırılıb.

Xətai rayonunda qoca kişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yolu keçən 72 yaşlı Vaqif Şixaliyevi avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardımın briqadası cəlb olunub. Kişi qapalı kəllə-beyin və müştərək travması ilə xəstəxanaya çatdırılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.