Bakının Mərdəkan və Bilgəh çimərliklərində 4 nəfər boğulmaqdan xilas edilib. Bu haqda 6 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir.

Xilasetmə əməliyyatı FHN-in xilasetmə məntəqəsinin əməkdaşları tərəfindən aparılıb.