Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əlliyev prospekti 52-58 ünvanında ağacın dibini betonlayıblar. Bu haqda bu gün, 6 iyul tarixində 1News məlumat yayıb.

Oxuculardan birinin göndərdiyi fotoda ağacın beton pilləkənlərlə divara vurulduğu görünür.

“Şəkildə gördüyünüz ağac kəsilməsə də, təəssüf ki, gövdəsi bəzi vicdansız ustalar tərəfindən betona batırılıb”, – deyə oxucu bildirib.

Oxşar fakt Qaradağ rayonunda aşkarlanıb. Lökbatan qəsəbəsi, Nərimanov küçəsi, 12 ünvanında illər öncə yolun asfaltlanması zamanı 5 ağacın (3 şam, 2 zeytun) dibinə asfalt vurulmuşdur. Nəticədə ağacların inkişafı dayanmışdır.