Bakıda çürümüş meyit aşkarlanıb. Bu haqda 6 iyul tarixində BakuPlus.az Lent.az-a istinadən xəbər verir.

Nizami rayonundakı evlərin birində 49 yaşlı Vüqar Babayevin çürümüş meyiti tapılıb. Cəsədi qonşular aşkar edib və dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Onun hansı səbəbdən ölməsi hələlik bilinmir. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.