Bakıda insan alveri ilə məşğul olan qadına cinayət işi açılıb. Bu haqda 6 iyul tarixində Bizim.Media məlumat verib.

Binəqədi rayonunda bir qrup qadını fahişəliyə cəlb edərək, müqabilində maddi gəlir əldə edən Günel Əhmədova barəsində cinayət işi başlanıb. O, CM-in “Gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlbetmə” maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə 3 qadın zərərçəkmiş kimi tanınıb.

Cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.