Paytaxtın Binəqədi rayonunda axtarışda olan şəxs saxlanılıb. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Axtarışda olan Ə.Allahverdizadə və əvvəllər məhkum olunmuş F.İsmayılov narkotik maddələrin satışı və istifadəsinə görə tutulublar. Araşdırma zamanı onların mağazaların birindən 3500 manatlıq inşaat materialları oğurlamaqları aşkarlanıb.
Araşdırmalar davam edir.