Bakının Nizami rayonu ərazisində Qara Qarayev prospektində metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında avtobus qəzaya uğrayıb, xəsarət alanlar var. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

40 saylı marşrut avtobusu dayanacaqda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobili ona arxadan çırpılıb. Hadisə nəticəsində avtobus salonunda olan 4 sərnişin, həmçinin minik avtomobilinin sürücüsü xəsarət alıblar.

Həmin marşrut xətti “Çinar Trans” MMC-nin istismarındadır. Hadisə araşdırılır.

Foto Bakı Nəqliyyat Agentliyinin rəsmi Telegram Kanalı
Foto Bakı Nəqliyyat Agentliyinin rəsmi Telegram Kanalı