Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib. Bu haqda 6 iyul tarixində Report məlumat verib.

Sabunçu rayonunda 30 yaşlı Zahid Bəkdəmirov idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Yaralı açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.