Paytaxtın Yasamal rayonunda 10 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib. Bu haqda bu gün, 6 iyul tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti məlumat verib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyev tərəfindən baxılacaq. Məhkəmə iclasının tarixi hazırda məlum deyil.

Daha öncə məlum olmuşdur ki, Zöhrab Şirinov 10 oktyabr 2012-ci ildə qonşusu Сəfər Axundovla birlikdə rayon ərazisindəki evlərin birində narkotik qəbul etmişdir. Daha sonra Z.Şirinov qonşusunun narkotik təsiri altında hərəkətsiz qalmasından istifadə edib və keçmişdə aralarında baş vermiş mübahisəni bəhanə edərək onu döyməyə başlayıb.

Aldığı zərbələrdən dünyasını dəyişən Cəfər Axundov qatili tərəfindən avtomobilinə mindirilib və Qurd qapısı ərazisindəki qəbiristanlığa aparılıb. C.Axundovun artıq dozadan ölməsi təəssüratını yaratmaq üçün Z.Şirinov onun cibinə narkotik və şpris qoyub.