Bakıda minifutbol turniri keçiriləcək. Bu haqda BakuPlus.az bu gün 7 iyul tarixində xəbər verir.

İyulun 8-i saat 10:00-da başlayacaq turnir Məktəb-Lisey Kompleksinin stadionunda təşkil olunacaq.

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə keçiriləcək futbol yarışı Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.