Nəsimi rayonunda həssas təbəqə üzvlərinə qurban payları verilib. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Ümumilikdə 2000 ailəyə yardım göstərilib. Onların içində Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri, eləcə də 20 Yanvar, Çernobıl əlilləri, rayon ərazisində fəaliyyət göstərən digər ictimai birliklərin üzvləri və sosial qayğıya ehtiyacı olan rayon sakinləri var.
Bundan əlavə, Dövlət qurumlarının nümayəndə və rəhbərləri ailələr ilə görüşüb, onların yaşayışı ilə maraqlanıblar.
Nəsimi rayonunda 2000 ailəyə qurban payı verilib







