Bakıda, “Park Bulvar” ticarət mərkəzində müdir işçini döyüb. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

Restoranın 31 yaşlı işçisi polis bölməsinə gələrək İran vətəndaşı olan müdiri 53 yaşlı H.Kazeminin ona qarşı fiziki zorakılıq etdiyini bildirib.

Faktla bağlı araşdırma başlanılıb. İlkin məlumata görə adıçəkilən müdir 1994-cü ildən Bakıda restoran biznesi ilə məşğuldur.