Tibb Universiteti tələbələri üçün məlumat formatlı tədbir keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 11 iyul tarixində xəbər verir.
“AZMUN” proqramı çərçivəsində Azərbaycan Tibb Universitetində BMT Modeli Klubu – AMUN (Azerbaijan Medical University Model United Nations) yaradılacaq.
Klub BMT orqanlarının simulyasiyasını həyata keçirəcək və tələbələr həm müxtəlif ölkələri, həm də beynəlxalq təşkilatları təmsil edərək tibbi və qeyri-tibbi mövzularda debatlar, müzakirələr aparacaqlar.
Məlumat sessiyası 15 iyul, saat 12:00-da ATU Tədris Terapevtik Klinikasında baş tutacaq.
İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.
Qeydiyyat üçün son tarix 14 iyul 18:00-a qədərdir.