Bakıda özünü yandıran qadın vəfat edib. Bu haqda 13 iyul tarixində Lent.az məlumat verib.

Nizami rayonunda 52 yaşlı Məlahət Dəmirova yaşadığı evdə özünü yandırıb. O, dərhal ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib, amma həkimlərin səylərinə baxmayaraq, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.