Tibbi Profilaktika İnstitutunun baş elmi işçisi vəfat edib. Bu haqda 13 iyul tarixində Medicina.az məlumat verib.
İyulun 11-də Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun baş elmi işçisi Almaz Əsədova 90 yaşında vəfat edib. Verilən məlumata görə, o, uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Almaz Əsədova 9 fevral 1938-ci ildə Bakı şəhərində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetində təhsil alıb. O, 1964-cü ildən V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərirdi.